10:18 04-06-2020
news_image
422
FUTBOL

Daha bir əcnəbi ilə bağlı qərarını verdi – “Neftçi”

Gələn mövsümün heyətini formalaşdırmağa başlayan “Neftçi”də daha bir futbolçunun ayrılacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, söhbət yarımmüdafiəçi Vangelis Platellasdan gedir.

Mövsüm hələ başa çatmamış müdafiəçi Vild-Donald Gerye ilə vidalaşan, hücumçu Baqali Dabonu isə yola salmağa hazırlaşan Bakı təmsilçisi yunanıstanlı oyunçu barədə qərarını da qətiləşdirib.

32 yaşlı hücumameyilli futbolçu mövsümün sonuna qədər komandada qalmağa razılıq versə də, ondan sonra yeni müqavilə bağlamayacaq. Çünki rəhbərlik yüksək məvacibini və çox şans əldə etməməsini nəzərə alaraq, ona yeni sözləşmə təklif etməyəcək. Həmçinin Platellas özü də qalmaq fikrində deyil. O, karyerasının son illərini ölkəsində keçirmək niyyətindədir. Bu üzdən Yunanıstandan gələn təkliflərə göz gəzdirməyə başlayıb.

Qeyd edək ki, Vangelis Platellas “Neftçi”yə ötən ilin yanvarında OFİ-dən keçib.