10:43 04-06-2020
news_image
125
FUTBOL

“Çelsi” futbolçusunu satdı – 15 milyon avroya

“Çelsi” yarımmüdafiəçisi Mario Paşaliçi satıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı orta sahə oyunçusu “Atalanta”ya keçib.

A seriyası klubu iki ildir icarə əsasında komandanın formasını geyinən Xorvatiya millisinin üzvünü birdəfəlik transfer edib. Bu keçid “Atalanta”ya 15 milyon avroya başa gəlib. Onun italyanlarla müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Mario Paşaliç “Atalanta”nın heyətində 60 oyun keçirib, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.