12:25 04-06-2020
news_image
478
FUTBOL

Stadion inşa olunur - Azərbaycan klubu üçün

Bu ilin fevralında Almaniyanın Köln şəhərində fəaliyyətə başlayan Azərbaycan futbol klubu “Naxçıvan-Köln” üçün süni örtüklü stadion inşa olunacaq.

Apasport.az saytının məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov kluba dəstək vermək qərarına gəlib.

Rəsulov Kölndə yeni arena inşa etdirmək arzusunda olduğunu kluba bildirib. Tərəflər arasında bu yöndə artıq razılıq əldə olunub. Klub rəhbərliyi stadionun inşası üçün Köln Şəhər Bələdiyyəsi ilə də danışıqlara başlayıb. Hətta texniki məsələlər razılaşdırılıb. Mütəxəssislərin fikrincə, belə bir stadionun Kölndə tikintisi 800 min avroya başa gəlir.

Qeyd edək ki, ARS SPOR Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olur. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, qolf və digər idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.