13:12 04-06-2020
news_image
179
FUTBOL

İki yoxlama oyunu keçirəcək - "Neftçi"

"Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 gündür məşq edən Bakı klubu hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək.

"Ağ-qaralar” iyunun 9-da saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Keşlə”, 14-də isə saat 20:00-da isə "Bakcell Arena”da "Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, "Neftçi” koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpasından sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.