13:45 04-06-2020
news_image
143
FUTBOL

“Liverpul” hamıdan çox pul itirəcək – çempion olsa

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasının təqvimi dəyişdiyindən, klublar ciddi maliyyə itkisi yaşayacaq.

Apasport.az saytının məlumatına görə, komandalar çempionatın yayım hüququna malik şirkətlərə ümumilikdə 330 milyon funt-sterlinq qaytarmalı olacaqlar.

Klublar hər həftə ümumilikdə 35 milyon funt-sterlinq geri ödəniş edəcək ki, çempion olacaq komandanın itkisi daha çoxdur. Hazırda Premyer Liqa çempionluğuna yaxın olan “Liverpul” qızıl medalları qazanarsa, hamıdan çox – 24,5 milyon funt-sterlinq büdcəsindən çıxarmalı olacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.