15:13 04-06-2020
news_image
141
DİGƏR NÖVLƏR

Karantindən sonrakı ilk yarışın vaxtı dəyişdirildi - Azərbaycanda

Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarı mart ayından Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan idman yarışını təxirə salıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə 3 iyun - Ümumdünya Velosiped Gününə həsr olunmuş trek üzrə Federasiya Kubokunun vaxtı dəyişdirilib.

AzVİF turniri iyunun 6-da Respublika Velotrekində təşkilini planlaşdırırdı. Lakin ölkədə həmin günlər sərt karantin rejimi tətbiq olunacağından, yarış başqa tarixə - iyunun 9-na keçirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt forması tətbiq ediləcək.