15:56 04-06-2020
news_image
119
FUTBOL

“Malyorka” ilə oyunu buraxa bilər - Messi

“Barselona”nın kapitanı Lionel Messi İspaniya La Liqasının XXVIII turunu buraxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalı superulduzun əzələsində narahatlıq hiss etməsidir.

Koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın bərpa turunda “Malyorka”nın qonağı olacaq Kataloniya klubunun səfərə Messisiz yollanması istisna edilmir. 32 yaşlı futbolçunun hər hansı bir zədəsi olmasa da, o, qasıq nahiyəsindəki əzələdə yaranmış ağrı səbəbindən dünənki məşqdə iştirak etməyib.

Qeyd edək ki, “Malyorka” – “Barselona” oyunu iyunun 13-də keçiriləcək.