18:02 04-06-2020
news_image
91
FUTBOL

“Ronaldo futbol tarixinin ən yaxşısıdır” - Kavani

PSJ-nin hücumçusu Edinson Kavani futbol tarixinin ən yaxşı hücumçusu hesab etdiyi futbolçunun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin forvardı braziliyalı Ronaldonun əlçatmaz olduğunu düşünür.

Kavaninin fikrincə, heç bir ön xətt oyunçusu “yekədiş” qədər bacarıqlı deyil: “Mən Ronaldonu futbol tarixinin ən yaxşı hücumçusu hesab edirəm. O, hər şeyi bacarırdı. Bütün keyfiyyətlərinə, eyni zamanda futbol zəkasına və əla texnikasına görə hamıdan güclüdür”.

Qeyd edək ki, Ronaldo Braziliya millisinin heyətində 98 oyunda 62 qol vurub, 2 dəfə dünya çempionu titulunu qazanıb.