22:28 04-06-2020
news_image
178
FUTBOL

Premyer Liqa klubu ilə anlaşdı - Verner

"Leypsiq"in hücumçusu Timo Vernerin yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard "Çelsi"nin formasını geyinməyə çox yaxındır.

"İnter", "Yuventus" və "Liverpul" kimi klubların maraq dairəsində olan Almaniya millisinin üzvü "zadəganlar"la ilkin razılıq əldə edib. Keçid baş tutarsa, Verner Premyer Liqa təmsilçisi ilə 5 illik müqavilə bağlayacaq və illik maaşı 10 milyon avro təşkil edəcək. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Timo Verner cari mövsüm 40 oyunda iştirak edib, 31 qol vurub, 12 məhsuldar ötürmə verib.