23:12 04-06-2020
news_image
271
FUTBOL

Nadir Qasımov koronavirusa yoluxdu

Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, o, artıq xəstəxanaya yerləşdirilib.

Nəfəs darlığından və yüksək hərarətdən əziyyət çəkən mütəxəssisin durumu hazırda sabitdir. Onun hansı şəraitdə xəstəliyə yoluxduğu dəqiq deyil. Maraqlıdır ki, Qasımov xəstəxanaya aparılanadək son bir neçə günü evdə keçirib.

Qeyd edək ki, mütəxəssis “Bakı fəhləsi”, “MKT-Araz”, “Avtomobilçi”, “Bakılı”, “Şuşa-Qarabağ” kimi klubları çalışdırıb (sportinfo.az).