00:08 05-06-2020
news_image
61
FUTBOL

"Çelsi"dəki yetirməsini istəyir - Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müdafiə xəttinin gücləndirilməsini tələb edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis "Çelsi"nin oyunçusu Kurt Zumanı yenidən ixtiyarında görməkdə maraqlıdır.

Mourinyo "Çelsi"də rəhbərliyi altında çıxış edən Fransa millisinin üzvünün "Tottenhem"i gücləndirəcəyini düşünür. Klublar arasında danışıqlara artıq start verilib. "Zadəganlar" da 26 yaşlı mərkəz müdafiəçisini sərfəli qiymətə satmağın əleyhinə deyil.

Qeyd edək ki, Kurt Zuma 2014-cü ildən "Çelsi"də çıxış edir.