08:43 05-06-2020
news_image
166
FUTBOL

Millimizin futbolçusundan çəkinir – idman direktoru

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” Almaniya II Bundesliqasının XXX turunda “Karlsrue”ni qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, rəqib komandanın idman direkoru Oliver Kroytser qarşılaşma barədə fikirlərini bildirib.

Rəqibdən ehtiyatlandığını etiraf edən “Karlsrue” rəsmisi xüsusi olaraq Nazarovun adını vurğulayıb: “Bizi yaxşı komanda gözləyir. Onlar səni futbol oynamağa məcbur edir. Rəqibin heyətində yaxşı əhval-ruhiyyədə olan futbolçular var. Xüsusən də, Dmitri Nazarovu qeyd edərdim”.

Qeyd edək ki, “Aue” – “Karlsrue” görüşü iyunun 7-də keçiriləcək. “Aue” hazırda 9-cu (38 xal), “Karlsrue” isə 16-cı (30 xal) pillədə qərarlaşır.