11:08 05-06-2020
news_image
137
FUTBOL

Transferi açıqlamağa hazırlaşır - “Real”

“Real” “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferini yekunlaşdırmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 18 yaşlı futbolçunun özü ilə hərtərəfli anlaşma əldə edib.

Fransa təmsilçisi ilə danışıqlar da artıq son mərhələdədir. Kamavinqanın keçidinin tezliklə həlli gözlənilir. La Liqa təmsilçisi hətta mövsüm başa çatmamış bu transferi rəsmən açıqlamağı planlaşdırır. Ancaq keçidin detalları hələlik gizli saxlanılır.

Qeyd edək ki, Eduardo Kamavinqanın “Renn”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.