12:13 05-06-2020
news_image
140
FUTBOL

“İnter” hücumçunu saxlayır – icarəyə

“İnter”in hücumçusu Aleksis Sançes müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə dönməyəcək.

Apasport.az saytının məlumatına görə, çilili forvard hazırkı komandasında qalmaq fikrindədir.

Cari mövsümü icarə əsasında “İnter”də keçirən Sançes çox güman ki, növbəti mövsümdə də eyni şərtlərdə “neradzurra”da qalacaq. Klublar arasında danışıqlar artıq yekunlaşmaq üzrədir. Razılıq əldə olunduqdan sonra tərəflər keçidi rəsmən bəyan edəcək.

Qeyd edək ki, Aleksis Sançes bu mövsüm 15 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.