13:44 05-06-2020
news_image
242
FUTBOL

Rusiya klubu ilə anlaşdı - millimizin sabiq futbolçusu

Rusiyada “Kamaz” klubunun formasını geyinən Azərbaycan millisinin sabiq futbolçusu David Karayev komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Premyer Liqa klubuna keçir.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü “Ural”la müqavilə bağlayacaq. Qış fasiləsində Moskva MOİK-ində baxışda olan Karayevin həmin komandaya keçidi artıq çəkisi olduğu üçün baş tutmamışdı. Halbuki MOİK-lə “Kamaz” 275 min avroda ortaq məxrəcə gəlmişdi.

Rusiya vətəndaşlığını daşıdığı üçün “Ural” onun transferində maraqlı olub və klublar arasında anlaşma əldə edilib. Mövsüm başa çatdıqdan sonra keçid rəsmiləşəcək.

Qeyd edək ki, David Karayev son mövsümdə “Kamaz”ın heyətində aşağı liqada meydana çıxdığı 16 oyunda 11 qol vurub.