
01:56
"Neftçi"də təmizləmə əməliyyatına başlanılıb.
Apasport.az saytının məlumatına görə, "Neftçi"nin Futbol Akademiyasında çalışan 13 məşqçi komandadan uzaqlaşdırılıb.
Buna səbəb həmin çalışdırıcıların heç vaxt Bakı təmsilçisində futbolçu kimi çıxış etməmələridir.
"Neftçi" rəhbərliyi bundan sonra yalnız nəvaxtsa klubda çıxış etmiş veteran futbolçuları akademiyanın aşağı yaş qruplarında işə götürəcək (sportinfo.az).