15:27 05-06-2020
news_image
72
FUTBOL

Premyer Liqanın gedişində koronavirus aşkarlansa nə olacaq?

Azərbaycan Premyer Liqası və kuboku oyunları ərəfəsində futbolçular və hakimlər koronavirus testindən keçiriləcəklər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı Peşəkar Futbol Liqası klublara təlimat verib.

Əgər futbolçulardan, referilərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Bundan başqa, oyunların startına qədər stadiona gələn hər kəs tibbi maskada olacaq.