15:33 05-06-2020
news_image
137
FUTBOL

Azad agentlərlə bağlı qərarını açıqladı - PFL

Peşəkar Futbol Liqası (PFL) azad agent statusuna malik oyunçularla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qurum Əsasnamədə qeyd olunmayan, amma meydana çıxa biləcək fors-major hallarla bağlı qərar vermək hüququnu rəhbər tutaraq, məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub.

PFL azad agent statusunda olan oyunçunun idman prinsiplərini əsas götürərək cəlb olunma müddətini 1 aprel 2020-ci il tarixdən Azərbaycan Premyer Liqasının XXIV turunun startına qədər uzadıb.

Klublar yalnız öz akademiyasının oyunçularını istənilən vaxt sifariş edə biləcəklər.

Meydana çıxa biləcək digər transfer məsələləri ilə bağlı PFL, AFFA və Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırma aparılıb, ortaq qərar veriləcək.