15:38 05-06-2020
news_image
107
FUTBOL

Stadionlara giriş-çıxış bağlanacaq – oyunlardan əvvəl

Azərbaycan Premyer Liqası və kuboku oyunlarının keçiriləcəyi stadiona sərbəst giriş-çıxış qarşılaşmaların startından 3 saat əvvəl bağlanacaq.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarı Əsasnaməyə əlavə edib.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan, iyunun 21-də isə bərpası planlaşdırılan çempionat və kubok matçlarından öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılacaq. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınacaq.

Həmçinin oyunun rəsmi nümayəndəsi startdan ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır.