17:18 05-06-2020
news_image
104
FUTBOL

“Real”ın 80 milyonluq təklifinə “yox” dedi – “Bayer”

“Real” “Bayer”in yarımmüdafiəçisi Kay Havertsin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” bununla bağlı Bundesliqa təmsilçisi ilə danışıqlara start verib.

İlk görüş zamanı La Liqa klubu 21 yaşlı orta sahə oyunçusu üçün qarşı tərəfə 80 milyon avroluq rəsmi təklif edib. Lakin leverkuzenlilər Almaniya millisinin üzvünün transfer qiymətinin 100 milyon avro olduğunu bildirib və təklifi rədd edib. Madrid klubunun rəhbərliyi tezliklə ikinci təkliflə “Bayer”in qapısını döyəcək.

Qeyd edək ki, bir neçə klubun maraq dairəsində olan Kay Havertsin “Bayer”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.