17:35 05-06-2020
news_image
266
FUTBOL

Türkiyə klubuna transfer qadağası qoydu - FİFA

FİFA Türkiyə klubu “Ankaragücü”nü cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Super Liqa təmsilçisinə 3 “transfer pəncərəsi”ndən istifadəyə qadağa qoyub.

Buna səbəb paytaxt klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 milyon avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib.

Qeyd edək ki, UEFA iki gün əvvəl Türkiyənin digər klubu “Trabzonspor”u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.