18:19 05-06-2020
news_image
117
FUTBOL

Ən populyar klub bəlli oldu - İngiltərədə

İngiltərənin ən populyar futbol klublarının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “YouGov-FootballIndex”in dərc etdiyi siyahıya əsasən “Liverpul” ölkənin ən məşhur klubudur.

“Qırmızılar”ı müvafiq olaraq “Mançester Yunayted”lə “Çelsi” izləyir. Son çempion “Mançester Siti” və “Arsenal” isə 4-5-ci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında XXIX turdan sonra “Liverpul” 82 xalla 1-ci pillədə yer alır. Koronavirus pandemiyası səbəbindən martda dayandırılan çempionat iyunun 17-də bərpa olunacaq.