22:11 05-06-2020
news_image
99
FUTBOL

Bir mövqeyə iki namizədi - "Çelsi"nin

Gələn mövsümün heyətini formalaşdırmağa başlayan "Çelsi" daha bir mövqeni gücləndirmək niyyətindədir.

"Leypsiq"in hücumçusu Timo Vernerlə ilkin anlaşma əldə edən "zadəganlar" müdafiənin sol cinahına da oyunçu almağı planlaşdırır.

London təmsilçisinin həmin mövqeyə iki namizədi var. Bunlar "Lester"li Ben Çiluell və "Ayaks"lı Nikolas Talyafikodur. Baş məşqçi Frenk Lempard üçün prioritet Çiluelldir. Buna səbəb adıçəkilən futbolçunun yerli olmasıdır. Onunla danışıq mənfi nəticələnərsə, o zaman Talyafiko ilə görüş olacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq. "Çelsi" hazırda 48 xalla 4-cü pillədə qərarlaşır.