00:00 06-06-2020
news_image
215
FUTBOL

Ən istedadlı gənclər - rəmzi "11-lik"

Dünyanın ən yaxşı gənc futbolçularından ibarət simvolik komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, rəmzi komandaya 21 yaşadək oyunçular salınıb.

Gənclərə hər zaman üstünlük verməsi ilə diqqət çəkən Dortmund "Borussiya"sı 2 futbolçu ilə təmsil olunub. Yığmalardan isə İngiltərə millisinin 2 üzvü ən istedadlı gənclərdən sayılır. Türkiyə millisinin müdafiəçisi Ozan Kabak da gələcəyin ulduzları arasında göstərilib.

Qapıçı: Radoslav Maetski ("Legiya", Polşa)
Müdafiəçilər: Ozan Kabak ("Şalke", Türkiyə), Matteys De Liqt ("Yuventus", Niderland), Ris Ceyms ("Çelsi", İngiltərə), Alfonso Devis ("Bavariya", Kanada)
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Renn", Fransa), Sandro Tonali ("Breşiya", İtaliya), Kay Haverts ("Bayer", Almaniya)
Hücumçular: Ansu Fati ("Barselona", İspaniya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Erlinq Haland ("Borussiya" Dortmund, Norveç).