00:09 06-06-2020
news_image
278
FUTBOL

"Vulverhempton"un hücumçusuna elçi düşdü - "Real" və "Barselona"

"Vulverhempton"un hücumçusu Raul Ximenes İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər "Real" və "Barselona" 29 yaşlı forvarda elçi düşüb.

La Liqa nəhəngləri Meksika millisinin forvardı uğrunda "Mançester Yunayted", "Arsenal" və "Yuventus"la mübarizəyə qoşulub. "Yuventus" hətta Ximenesin argentinalı hücumçusu Qonsalo İquainlə dəyişdirilməsini təklif edib. "Vulverhempton" isə sabiq "Atletiko"lu qolçunun transferindən minimum 20 milyon funt-sterlinq qazanmağı hədəfləyir.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhempton"un futbolçusudur. Lakin gənc forvard hələlik əsas komandada debüt etməyib.