10:13 06-06-2020
news_image
124
FUTBOL

Çempionat oyunu təxirə salındı - koronavirusa görə

Yunanıstan çempionatında bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Mövsümün bərpa olunmasının ilk günündə "Ksanti" ilə "Atromitos" qarşılaşmalı idi. Lakin ehtiyat tədbir kimi görüşün baş tutmaması qərara alınıb. Liqa rəhbərliyi Ksanti bölgəsində aparılan koronavirus testinin nəticəsini gözləyəcəklərini vurğulayıb.

Qarşılaşmanın yeni tarixi hələlik bəlli deyil.