10:19 06-06-2020
news_image
151
FUTBOL

Yeni 4 illik müqavilə - "Real"da

Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Real"a qayıdacaq.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi "kral klubu" ilə sözləşmə müddətini artıracaq.

Hakimi gələn ilə qədər olan anlaşmasını 2025-ci ilin yayına qədər uzadacaq. "Borussiya" onu saxlamaq istəsə də, mərakeşli cinah oyunçusu özü "Real"a qayıdacağını açıqlayıb.

Qeyd edək ki, Əşrəf Hakimi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 8 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.