10:47 06-06-2020
news_image
151
FUTBOL

Balotelli klubla anlaşdı - müqavilə ləğv edilir

"Breşiya" hücumçusu Mario Balotelli ilə yollarını ayırır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu komandası ilə müqaviləyə xitam verməyə hazırlaşır.

Tərəflər arasında bu yöndə danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. 29 yaşlı forvard bir neçə məşqə icazəsiz qatılmadığı üçün klub prezidenti Massimo Kellino müqavilənin ləğvinə qərar verib. İtaliya millisinin sabiq üzvü 2022-ci ilin yayına qədər "Breşiya"ya məxsus olsa da, mövsümün sonunda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Mario Balotellli bu mövsüm A seriyasında keçirdiyi 19 oyunda 5 qol vurub.