11:57 06-06-2020
news_image
86
FUTBOL

İspaniyadan təklif - "Milan"ın futbolçusuna

"Milan"ın yarımmüdafiəçisi Lukas Paketa karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü "Valensiya"nın diqqət mərkəzindədir.

"Yarasalar" orta sahədəki boşluğu məhz 22 yaşlı futbolçu ilə doldurmağı planlaşdırır. Lakin PSJ və "Fiorentina"nın da Paketa ilə maraqlanması "Valensiya"nın işini çətinləşdirir.

Qeyd edək ki, Lukas Paketa bu mövsüm 19 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə verib.