12:45 06-06-2020
news_image
210
FUTBOL

Yeni müqavilə - paytaxt klubunda

"Çelsi"nin müdafiəçisi Antonio Rudigerin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü daha bir neçə il "zadəganlar"ın formasını geyinəcək.

27 yaşlı mərkəz müdafiəçisi ilə aparılan danışıqlardan sonra müqavilə müddətinin yenilənməsi qərara alınıb. Rudiger mövsüm bərpa edildikdən sonra yeni sazişə qol çəkəcək.

Qeyd edək ki, Antonio Rudigerin "Çelsi" ilə hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.