13:09 06-06-2020
news_image
120
FUTBOL

"O, dövrünün ən yaxşısıdır" - De Liqt

"Yuventus"un müdafiəçisi Matteys De Liqt komanda yoldaşı Kriştianu Ronaldo haqda xoş fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü 35 yaşlı superulduzu ən yaxşı sayıb.

Gənc müdafiəçi portuqaliyalıya həsəd apardığını etiraf edib: “Ronaldo dövrünün ən yaxşı oyunçusudur və gənc futbolçular üçün nümunədir. Həmişə oyununa baxaraq inkişaf etməyə çalışıram, çünki məşqdə inanılmaz enerji ilə çalışır. Həqiqətən də, onun 35 yaşında olduğuna şübhə etməyə başlayırsınız".

De Liqt təmçinin digər komanda yoldaşları Paulo Dibala və Rodriqo Bentakurun da əla texnikaya malik olduqlarını söyləyib