13:32 06-06-2020
news_image
127
FUTBOL

"Transfer pəncərəsi" açılır - Fransada

Fransada "transfer pəncərəsi"nin vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iyunun 8-dən Liqa1 klubları öz aralarında oyunçu keçidlərini rəsmiləşdirə bilərlər.

Fransada "transfer pəncərəsi" adətən iyulun 1-də açılır. Lakin koronavirus pandemiyası səbəbindən çempionat vaxtından əvvəl başa çatdırıldığından, liqa rəhbərliyi iyunun 8-dən yerli klublara rəsmi danışıq aparmaq icazəsi verib.

Qeyd edək ki, əksər ölkələrdə mövsüm bərpa olunduğundan transfer dönəmi gec açılacaq.