14:06 06-06-2020
news_image
276
FUTBOL

Messi qərarını verdi - danışıqlar başladı

"Barselona"nın kapitanı Lionel Messi klubla müqavilə müddətini uzadacaq.

Apasport.az saytının məlumatına görə, gələn həftə tərəflər arasında danışıqlara start veriləcək.

Kataloniya təmsilçisi argentinalı superulduzun gələn ilin yayına qədər olan sözləşmə müddətini yeniləməkdə maraqlıdır. Həmçinin 32 yaşlı oyunçu özü də karyerasını "Barsa"da bitirəcəyini dəfələrlə açıqlayıb. Bu üzdən bu yay anlaşmanın əldə edilməsi gözlənilir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.