22:54 06-06-2020
news_image
119
FUTBOL

100 milyona "yox" dedi - "Barselona"

"Barselona" gənc hücumçusu Ansu Fati üçün təklif alıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə klub rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan bir klub iyunun 4-də Fati üçün onlara rəsmi təklif göndərib. Həmin komanda 17 yaşlı forvarda görə 100 milyon avrodan çox məvacib təklif edib. Lakin kataloniyalılar bunu rədd ediblər. İspaniya təmsilçisinin prezidenti Xosep Bartomeu milli üzvünün heç bir məbləğə satılmayacağını bəyan edib.

Qeyd edək ki, Ansu Fati bu mövsüm La Liqada keçirdiyi 16 oyunda 4 qol, 1 assistlə yadda qalıb.