23:02 06-06-2020
news_image
1037
FUTBOL

Yeni gəlir mənbəyi - "Qarabağ" və "Neftçi" üçün

Türkdilli dövlətlərin komandaları arasında təşkil edilməsi planlaşdırılan "Turan Kuboku" turnirinin hazırlıqları davam edir.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar yarışda 11 türk dövlətinin komandalarının qatılmasını nəzərdə tutublar.

Onlar arasında Azərbaycan təmsilçiləri də olacaq. Hətta ilk turnirdə ölkəmizi iki komandanın təmsil edəcəyinə işarə vurulub. Türkiyəli həmkarlarımız "Qarabağ" və "Neftçi"nin "Turan Kuboku"na qatılmasının planlaşdırıldığını vurğulayıblar: "Bu kubok klublara yeni gəlir mənbəyi olacaq. Eyni zamanda, baş məşqçilər arasında fikir mübadilələrinin aparılmasına və inkişafa yol açacaq. Avrokuboklarda iştirak edən "Qarabağ", "Neftçi", "Şaxtyor" (Karaqandi), "Aktobe" kimi klubların qatılacağı turnirdə komandalar maliyyə gəlirlərini də artıracaqlar".

Hazırlıqlar yekunlaşdıqdan sonra turnirin təqdimatının olması planlaşdırılır.