23:21 06-06-2020
news_image
156
FUTBOL

Rekordunu yenilədi - Levandovski

"Bavariya"nın hücumçusu Robert Levandovski öz rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard Bundesliqanın XXX turunda "Bayer"lə səfər qarşılaşmasında fərqlənərək buna nail olub.

Matçda komandasının son topunun müəllifi olan Levandovski cari mövsüm bütün turnirlərdəki qollarının sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədir. Mövsüm davam etdiyindən, 2014-cü ildən "Bavariya"da çıxış edən Levandovski rekordunu bir qədər də artıra bilər.

Qeyd edək ki, "Bayer" - "Bavariya" matçı qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.