10:41 07-06-2020
news_image
327
FUTBOL

Şaiq Həmidov vəfat edib

Azərbaycan idmanına ağır itki üz verib. 

Apasport.az saytının məlumatına görə, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib. 

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında ölüb. 

O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.

2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi çalışıb. 

Allah rəhmət eləsin!