12:05 07-06-2020
news_image
116
FUTBOL

"Valensiya"ya keçir - "Napoli"nin hücumçusu

"Napoli"nin hücumçusu Xose Kalyexon rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Apasport.az saytının məlumatına görə, son danışıq mənfi nəticələnincə ulduz futbolçu digər varianta üstünlük verib.

33 yaşlı ispaniyalı ölkəsinə qayıtmaq qərarına gəlib. "Valensiya" ilə ilkin danışıq artıq uğurlu alınıb və "yarasalar"ın 2 illik müqavilə təklifini Kalyexon qəbul edib. Keçid rəsmiləşərsə, oyunçunun yeni komandasında illik maaşı 3,5 milyon avro olacaq. Neapollularla müqavilə müddəti bu ayın sonu başa çatacaq futbolçu La Liqa təmsilçisinə havayı başa gələcək.

Qeyd edək ki, Xose Kalyexon bu mövsüm 32 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.