12:26 07-06-2020
news_image
298
FUTBOL

"Rəhbərlik səviyyəsində problemlər var idi" - sabiq "Neftçi"li

"Neftçi"də hər şey çox gözəl idi. Üç rumıniyalı - mən, Adrian Neaqa və Marian Aliuta orada birlikdə çıxış etmişik".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq yarımmüdafiəçisi Leonard Naydin Rumıniya mətbuatına müsahibəsində deyib.

Futbolçu karyerası ərzində yalnız "Neftçi"nin heyətində legioner həyatı yaşayan 41 yaşlı mütəxəssis keçirdiyi illəri xatırlayıb. Naydin Azərbaycanla bağlı xatirələrini də bölüşüb. O, rəhbər dəyişikliyindən sonra vəziyyətin onlar üçün xoşagəlməz olduğunu bildirib: "Bakı çox gözəl şəhərdir. Onlar neft və qaz üzərində yaşayırlar və pulun olduğu yerdir. Uğurlu dövr idi, yaxşı çıxış edirdim. Ancaq rəhbərlik səviyyəsində bəzi problemlər var idi. Orada qalmalı idim. Mənə verilən pulun əvəzini oyunumla çıxmışdım. Ancaq prezident dəyişdikdən sonra bütün əcnəbilər yola salındı".

Qeyd edək ki, Leonard Naydin 2009/10 mövsümündə "Neftçi"nin formasını geyinib. Həmin vaxt kluba Əkbər Hacıyev rəhbərlik edib. 2010-cu ildə isə "flaqman"a Sadıq Sadıqov prezident seçilib.