12:35 07-06-2020
news_image
170
FUTBOL

Yeni 3 illik müqavilə - "Barselona"da

"Barselona" hücumçusu Ansu Fatinin müqavilə müddətini artıracaq.

Apasport.az saytının məlumatına görə, bu, mövsüm başa çatdıqdan sonra rəsmiləşəcək.

Akademiyanın yetirməsi olan 17 yaşlı forvard yeni mövsümdən əsas komandanın oyunçusu kimi təsdiqlənəcək. Bu isə Fatinin 2022-ci ilin yayına qədər olan sözləşmə müddətinin avtomatik 3 illik uzadılması ilə nəticələnəcək. Eyni zamanda, onun sərbəst qalma məbləği 170 milyon avrodan 400 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, "Barselona" bu ay 100 milyon avrodan çox təklif almasına baxmayaraq, Ansu Fatini satmaqdan imtina edib.