
10:29
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Bundesliqa rekordu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu buna XXX turda "Bayer"lə səfər qarşılaşmasında nail olub.
Leverkuzendəki görüşdə komandasının qələbəsinə 2 məhsuldar ötürmə ilə töhfə verən 30 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə yüksəldib. Bununla da o, "Leypsiq"in yarımmüdafiəçisi Emil Forsberq və sabiq "Volfsburq"lu Kevin De Bruyneyə məxsus mövsümlük rekordu (19 assist) yeniləyib. Bundesliqanın assist statistikası 1992/93 mövsümündən hesablanır.
Qeyd edək ki, "Bayer" - "Bavariya" matçı qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.