13:16 07-06-2020
news_image
424
FUTBOL

Həyat yoldaşından "Lamborghini" hədiyyəsi - ulduz futbolçuya

"Napoli"nin hücumçusu Lorenzo İnsinye gözlənilməz hədiyyə alıb.

Apasport.az saytının məlumatına görə, iyunun 4-də 29 yaşı tamam olan ulduz futbolçuya həyat yoldaşı Cenni Darone avtomobil hədiyyə edib.

O, İtaliya millisinin üzvünə "Lamborghini Huracan EVO" avtomobilini alıb və qırmızı lentlə bağlatdırıb. 600 at gücündə olan maşının qiymətinin 200 min avrodan baha olduğu bildirilir.

Qeyd edək ki, Lorenzo İnsinye bu mövsüm A seriyasında 25 oyun keçirib, 5 qola imza atıb.