13:39 07-06-2020
news_image
88
FUTBOL

Premyer Liqadan 2 təklif - Kyezaya

"Fiorentina"nın aparıcı futbolçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 2 klubu 23 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Konkret olaraq "Mançester Yunayted" və "Çelsi" İtaliya millisinin üzvü uğrunda mübarizə aparır. Florensiya klubu da sərfəli təklif qarşılığında onu satmağa hazırdır. Daha əvvəl onunla "Yuventus" və "İnter"in maraqlandığı bildirilirdi.

Qeyd edək ki, məşhur futbolçu Enriko Kyezanın oğlu olan Federiko Kyezanın "Fiorentina" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.