18:07 07-06-2020
news_image
136
FUTBOL

Evdə 1 qol bəs etdi - Nazarovun komandasına

Almaniya II Bundesliqasında XXX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" ev matçına çıxıb.

Adıçəkilən komanda bu gün aşağı pillələrdə qərarlaşan "Karlsrue"ni qəbul edib. Görüş "Aue"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaya 3 xalı qazandıran yeganə qola 10-cu dəqiqədə Florian Fruqer imza atıb. Ötən turda istirahət verilən Nazarov bu dəfə start heyətində meydana daxil olub və yalnız qarşılaşmanın 90-cı dəqiqəsində əvəzlənib.

Bu nəticədən sonra aktivindəki xalların sayını 41-ə çatdıran "Aue" turnir cədvəlində 7-ci pilləyə yüksəlib.