22:31 07-06-2020
news_image
218
FUTBOL

Yekun qərarını verdi - Rakitiç

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç yekun qərarını verib.

Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin üzvü heç yerə getmək fikrində deyil.

Rakitiç gələn mövsümü də Kataloniya klubunun heyətində keçirmək qərarına gəlib. Onun xidmətində "Sevilya" və "Yuventus" maraqlı olsa da, 32 yaşlı orta sahə oyunçusu komandasını dəyişməyəcəyini bəyan edib.

Qeyd edək ki, "Sevilya" Rakitiçi azad agent kimi qaytarmaq niyyətindədir. Futbolçu "Barselona"ya 2014-cü ildə məhz əndəlüs klubundan keçib.