22:58 07-06-2020
news_image
187
FUTBOL

"Tottenhem" imtina etdi - qiymətinə görə

"Roma"nın yarımmüdafiəçisi Nikolo Zaniolo "Tottenhem"ə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, London klubu 20 yaşlı futbolçunun keçidindən imtina edib.

Buna səbəb italiyalının transfer qiymətidir. Çünki "Roma" Zaniolonu yalnız 70 milyon avroya sata biləcəyini bəyan edib. Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə itkisinə məruz qalan "Tottenhem"in Zaniolonun transferinə ayıracaq pulu yoxdur.

Qeyd edək ki, Nikolo Zaniolo bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 6 qol, 3 assistlə yadda qalıb.