23:19 07-06-2020
news_image
266
FUTBOL

Yeni klubu bilindi - Kavaninin

PSJ-nin hücumçusu Edinson Kavaninin yeni komandasının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü mövsümün sonunda İspaniyaya köçəcək.

33 yaşlı forvard "Atletiko" ilə ilkin müqavilə imzalayıb. PSJ ilə müqavilə müddəti başa çatan ulduz futbolçunun iyulda "Atletiko"ya keçidinin rəsmən açıqlanması gözlənilir. Transfer ispanlara havayı başa gələcək.

Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən PSJ-də çıxış edir.