09:19 08-06-2020
news_image
231
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları 2000 dollarlıq yarışda

Tunis Şahmat Federasiyası iyunun 14-də blits üzrə onlayn turnir keçirəcək. 

Apasport.az saytının məlumatına görə, mükafat fondu 2000 ABŞ dolları olacaq beynəlxalq yarışda Azərbaycan şahmatçıları da iştirak edəcəklər. 

Ölkəmizin idman şərəfini Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovlar, Nərmin Xələfova, Mələk İsmayıl və Aytən Səfərova qoruyacaqlar. 

Turnirdə ümumilikdə 250 zəka sahibinin iştirakı gözlənilir.