11:31 08-06-2020
news_image
1078
FUTBOL

“Traktor” “Qarabağ” və “Neftçi”yə rəqib olur – turnirdə

Türkdilli dövlətlərin komandaları arasında keçiriləcək “Turan Kuboku” turnirinin formatı ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar yarışa qatılacaq komandaların adlarını da müəyyənləşdirməyə başlayıb.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Kipr klubları ilə yanaşı, digər ölkələrdən də bir neçə komandanın dəvəti planlaşdırılır. Onlardan biri İran çempionatında çıxış edən “Traktor”dur. Ən çox azarkeş kütləsinə malik klublardan olan komanda rəhbərliyi ilə bununla bağlı danışıqlar başlanılıb. Həmçinin Rusiya Premyer Liqasında mübarizə aparan “Rubin” klubunun da turnirə qatılması planlaşdırılır.

Qeyd edək ki, “Turan kuboku”nda Azərbaycanı “Qarabağ” və “Neftçi”nin təmsil etməsi gözlənilir.