11:47 08-06-2020
news_image
59
FUTBOL

Messinin zədəsi haqda danışdı – baş məşqçi

“Barselona”nın kapitanı Lionel Messi İspaniya La Liqasının XXVIII turunda “Malyorka” ilə səfər oyununda iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun baş məşqçisi Kike Setyen deyib.

Çalışdırıcı bildirib ki, argentinalı superulduzun zədəsi onun oynamasına mane olmur: “Leonun zədəsi ciddi deyil. Özünü çox yaxşı hiss edir və bir problem yaşayacağını düşünmürəm. Qarşıda çox oyunumuz və məhdud heyətimiz var. Mən Messinin həmişə meydançada olmasını istəyirəm”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İspaniya La Liqası iyunun 12-də bərpa olunacaq. “Barselona” “Malyorka” ilə ayın 13-də qarşılaşacaq.